Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Naxçıvan Bölməsində keçilən interaktiv dərsi muxtar respublikanın 194 təhsil müəssisəsinin şagirdləri izləyib
30.12.2016 11:46
  • A-
  • A
  • A+

AMEA Naxçıvan Bölməsində keçilən interaktiv dərsi muxtar respublikanın 194 təhsil müəssisəsinin şagirdləri izləyib

Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev tərəfindən “Naxçıvanın tarixi abidələri” mövzusunda interaktiv dərs keçilib.

194 təhsil müəssisəsi şagirdlərinin İnternet vasitəsilə elektron lövhədən izlədiyi dərs zamanı AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev əvvəlcə muxtar respublikada tarixi abidələrin qeydə alınması və pasportlaşdırılması sahəsində həyata keçirilən işlər barədə məlumat verib. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası ərazisində olan tarixi və tarixi memarlıq abidələri, arxeoloji tədqiqatlar zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələri Naxçıvanın bəşər sivilizasiyasının ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. O, Naxçıvan ərazisində yayılmış Daş, Tunc və Dəmir dövrü abidələrinin xarakterik xüsusiyyətləri haqqında da şagirdlərə məlumat verib. Bildirib ki, xüsusilə son illərdə aparılan arxeoloji tədqiqatlar muxtar respublika ərazisində bir sıra tarixi abidələrlə bağlı faktların daha da dəqiqləşdirilməsinə və yeni abidələrin üzə çıxarılmasına imkan verib.

Naxçıvan ərazisində yerləşən I Kültəpə abidəsində əvvəllər arxeoloq Osman Həbibullayev tərəfindən aparılmış tədqiqatlardan danışan AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev 2013-cü ildən sonra bu abidədə yeni tədqiqatlara başlanıldığını qeyd edib. Aparılan son tədqiqatlar sübut edir ki, I Kültəpə abidəsi bütün Cənubi Qafqazda ən qədim Neolit abidəsidir. Dərsdə abidələrin yaşının müəyyən edilməsi üçün aparılmış radiokarbon analizlərinin mahiyyəti və nəticələri izah edilib.

İnteraktiv dərs zamanı təqdim olunan müxtəlif fotoşəkillər və xəritələr dərsi izləyən şagirdlər tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: