Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şamaxı Astrofizika Rəsədxanasında yeni spektroqraf quraşdırılıb
03.01.2017 11:58
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında yeni spektroqraf quraşdırılıb

2016-cı ildə AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında nəzəri və praktiki astrofizika sahəsində elmi-tədqiqat işləri aparılıb, müəyyən elmi nəticələr əldə edilib.

Bu elm müəssisəsinin iki metrlik teleskopu üçün yeni OLKES-Optik Lifli Kasseqren Eşelle Spektroqrafın (FOCES-Fibre Optic Casseqrain Spectrograph) hazırlanması başa çatdırılıb. Bu cür yüksək ayırdetməli spektroqrafın quraşdırılması gələcəkdə bir sıra yeni nadir eksperimentlər aparmağa, beynəlxalq əlaqələri inkişaf etdirməyə və rəsədxanaya tədqiqat qrantlarının cəlb olunmasına imkan verəcək.

Ötən il rəsədxana beynəlxalq əlaqələrini genişləndirərək 20-dən çox xarici ölkənin elmi müəssisələri ilə əməkdaşlıq edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: