Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Nailə Vəlixanlının “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər” kitabı işıq üzü görüb
05.01.2017 14:53
  • A-
  • A
  • A+

Akademik Nailə Vəlixanlının “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər” kitabı işıq üzü görüb

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər” kitabı nəşr olunub. AMEA Rəyasət Heyətinin qərarı ilə nəşr olunmuş kitabda orta əsr ərəb tarixi və coğrafi mənbələrindən istifadə olunub.

Nəşrdə müvafiq elmi ədəbiyyat əsasında tarixi Azərbaycanın VII əsrin ortalarına yaxın Ərəb Xilafətinin tərkibinə qatılması ilə başlanan, XIII əsrin əvvəllərində monqol hücumları ilə tamamlanan altı əsrlik dövrü əhatə olunub. Əsərdə, Xilafətlə IX-XII əsr Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətlərinə dair bir sıra məsələ və problemlər tədqiq edilib. Kitabda bəhs edilən dövrün ərəbdilli on beş qaynağından Azərbaycana dair məlumatın şərhlərlə tərcüməsi verilmiş, ərəb işğalı nəticəsində Azərbaycan əhalisinin tarixində baş vermiş köklü dəyişikliklər araşdırılmışdır.

Kitab tarixçi və şərqsünaslar, eləcə də Azərbaycanın erkən orta əsrlər dövrü tarixi və tarixi coğrafiyası ilə maraqlananlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: