Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Hüseyn Cavidin 135 illik yubileyinə hazırlıq işlərinə başlanılıb
09.01.2017 09:33
  • A-
  • A
  • A+

Hüseyn Cavidin 135 illik yubileyinə hazırlıq işlərinə başlanılıb

Görkəmli şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyi ilə bağlı hazırlıq işlərinə başlanılıb.

AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının rəhbərliyi ilə yubileyə həsr olunmuş işlərin prioritet istiqamətləri müəyyənləşdirilib. Tədbirlər planına uyğun olaraq, H.Cavidin irsi haqqında yeni elmi əsərlərin yazılması, şairin əsərlərinin müxtəlif dillərdə nəşrinin davam etdirilməsi, “Cavidşünaslıq” araşdırmalar toplusunun növbəti cildlərinin çapa hazırlanması, arxivdə qorunan, çap olunmayan sənədlərin və digər materialların  elektron bazaya yerləşdirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: