Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın Fəxri üzvü Rəfsəncanı Əli Əkbər Haşimi vəfat edib
09.01.2017 10:08
  • A-
  • A
  • A+

AMEA-nın Fəxri üzvü Rəfsəncanı Əli Əkbər Haşimi vəfat edib

İranın sabiq prezidenti, bu ölkənin Məqsədəuyğunluq Şurasının sədri, AMEA-nın Fəxri üzvü Əli Əkbər Haşimi Rəfsəncani yanvarın 8-də 82 yaşında vəfat edib.

Əli Əkbər Haşəmi Rəfsəncani 1934-cü ildə İranın Cənub-Şərqində yerləşən (Rəfsəncan əyalətində) Nuqa şəhərində anadan olmuşdur. O, 1989-1997-ci illərdə İranın prezidenti, 1980-1989-cu illərdə parlamentin sədri olmuşdur.

Rəfsəncani dini zəmində kitablar çap edən nəşriyyat yaratmış, Fələstin probleminə həsr olunmuş kitab yazmışdır.

O, AMEA-nın Fəxri üzvü seçilmişdir.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: