Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında 3 yeni kitabın nəşrinə icazə verildi
10.01.2017 16:32
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında 3 yeni kitabın nəşrinə icazə verildi

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası  keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Bölmənin elmi-təşkilati məsələləri haqqında çıxış edən akademik İ.Hacıyev Rəyasət Heyətinin və  bölmənin  elmi-tədqiqat müəssisələrinin 2017-ci il üçün iş planını açıqlayıb. Akademik İ.Hacıyev cari ildə tədqiqatların elmi səmərəliyini artırmaq üçün institut direktorlarına müvafiq tapşırıq və tövsiyyələrini verib. İki bölmə 47 maddədən ibarət iş planı müzakirələrdən sonra təsdiq edilib.

İclasda kadr hazırlığı məsələlərinə də toxunulub. Bölmənin doktorant və dissertantlarının attestasiyadan keçirilməsi ilə bağlı Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi Leyla Səfərova məlumat verib. Doktorantların təqdim olunan mövzuları müzakirə edilərək təsdiq edilib. Daha sonra bölmənin fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul məsələsinə baxılıb.

Tədbirin sonunda bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə akademik İ.Hacıyev və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi Elnur Kəlbizadənin həmmüəllifi olduqları “Naxçıvanlı diplomatlar”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Naxçıvan əhalisinin etnogenezi tarixindən” (II cild) və Təbii Ehtiyatlar İnstitutunun elmi işçisi Mahnur Cəfərlinin “Diaion cr11, Dowex m 4195, ku-2x8 və kb-4P-2 ionitləri ilə məhlullardan Zn2+ və Pb2+ -ionlarının sorbsiyası” kitablarını Rəyasət Heyətinin üzvlərinə təqdim edib. Hər 3 kitabın nəşrinə  icazə verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: