www.science.az
11.01.2017 16:05

"Tədqiqlər" jurnalının 2-ci sayı nəşr olunub

Nəsimi adına Dilçilik İnstitutunun "Tədqiqlər" jurnalının 2-ci nömrəsi nəşr olunub.

Jurnalın bu sayında Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün NağısoylununTətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədlinin 70 illik yubileylərinə həsr olunan məqalələr oxuculara təqdim olunub.

2016-cı ilin noyabrında Bakıda keçirilən Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfransa aid rəsmi xronika da bu sayda yer alıb.

Həmçinin “Tədqiqlər” jurnalında dilçiliyin müxtəlif sahələrinə aid elmi məqalələr öz əksini tapıb.

Jurnalın xüsusi rubrikasında mərhum dilçi alim Etibar İnanc haqqında məqalələr dərc olunub.

Nəşrin baş redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəkər Orucova, redaktor müavini isə filologiya elmləri doktoru Kamilə Vəliyeva, buraxılışa məsul şəxs filologiya üzrə fəlsəfə doktoru Ruslan Abdullayevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.