Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Ekoloji arıçılıq” üzrə Məşvərət Şurasının iclası keçirilib
13.01.2017 09:25
  • A-
  • A
  • A+

“Ekoloji arıçılıq” üzrə Məşvərət Şurasının iclası keçirilib

AMEA-nın Qax rayonunda fəaliyyət göstərən Ekoloji Təmiz Kənd Təsərrüfatı (ETKT) üzrə Regional Təcrübə və Resurs Mərkəzinin nəzdində ekoloji arıçılıq, ekoloji heyvandarlıq və ekoloji əkinçilik istiqamətləri üzrə yüksək ixtisaslı mütəxəssislərin, peşəkar fermerlərin iştirakı ilə Məşvərət Şuraları yaradılıb. Məşvərət Şuralarının bilavasitə dəstəyi ilə ekoloji təsərrüfatçılığa keçid mərhələsində olan fermerlər arasında maarifləndirmə işinin genişləndirilməsi, onlara peşə yönümlü məsləhətlərin verilməsi və innovativ texnologiyaların tətbiqi üzrə müasir informasiyanın vaxtında çatdırılması işlərinin gücləndirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan prioritetlərdən biri də ölkədə ekoloji təmiz məhsul istehsalının inkişaf etdirilməsidir.

Ölkənin regionları arasında özünün əlverişli şəraiti baxımından Şəki-Zaqatala regionu bu sahənin inkişafı üçün daha geniş imkanlara malikdir.

Şəki-Zaqatala regionunda ekoloji təmiz istehsal sahələrinin yaradılması və inkişafı prosesini gücləndirmək üçün ilk növbədə əhalinin müxtəlif təbəqələrinin maarifləndirilməsi və potensial məhsul istehsalçılarının təlimlərə cəlb olunması çox mühüm məsələdir.

Yanvarın 11-də “Ekoloji arıçılıq” üzrə Məşvərət Şurasının iclası keçirilib. İclasda Məşvərət Şurasının iş proqramı təsdiq edilib, həmçinin Azərbaycan Arıçılar Assosiasiyasının Prezidenti Bədrəddin Həsrətov  şuranın sədri seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: