Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Milli Azərbaycan Tarixi Muzeyində “SABAH” qrupu tələbələrinin ilk dərsi keçirilib
18.01.2017 13:05
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində “SABAH” qrupu tələbələrinin ilk dərsi keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi ilə AR Təhsil Nazirliyi arasında imzalanmış razılaşmaya əsasən muzeydə “SABAH” qrupunun tələbələri üçün dərslər keçirilir.

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyası Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi” mövzusunda keçirilən ilk dərsdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alan tələbələr iştirak ediblər.

Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadə tələbələrə arxeoloji kolleksiyanın toplanması, qorunması, öyrənilməsi və təbliğinə aid ətraflı məlumat verib. Kolleksiyanın Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi rolu və əhəmiyyəti diqqətə çatdırılıb.

Sonra tələbələrin sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: