Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Moldovada təlim keçib
13.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Moldovada təlim keçib

AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Moldovada “Genetik Modifikasiya olunmuş (GMO) Orqanizmlər üzrə Risklərin Qiymətləndirməsi və Biotəhlükəsizlik” mövzusu üzrə tədqiqatlara dair təlim keçib. Təlim kursu Kişinyovda Norveçin “Gen Ekologiya Mərkəzi”, Malaziyanın “Üçüncü Dünya Şəbəkəsi” və Moldovanın Ekologiya Nazirliyi tərəfindən təşkil olunub.

Təlimdə M.Abbasov “Azərbaycanda genetik modifikasiya olunmuş bitkilər və biotəhlükəsizlik” mövzusunda məruzə ilə çıxış edib, Azərbaycanda GMO sahəsində mövcud olan qanunvericilik və GMO-nun təyini üzrə AMEA Genetik Ehtiyatlar İnstitutunda görülən işlər haqqında məlumat verib.

M.Abbasov kursu müvəffəqiyyətlə tamamlayaraq sertifikata layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: