Aprelin 24-25-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə akademik Ağamusa Axundovun 85 illiyinə həsr olunan “Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaq:
• Dilçilik nəzəriyyəsi;
• Fonetika məsələləri;
• Dil və üslub məsələləri;
• Ədəbiyyat və ədəbi dil məsələləri;
• Türkologiyanın aktual problemləri;
• Dil tarixi və qrammatika.
Konfransda iştirak etmək istəyənlər məqalələrin tezislərini 15 fevral 2017-ci il tarixinədək a.akhundof85@gmail.com elektron ünvanına göndərə bilərlər.
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus, ingilis dilləri.
Konfransın təqvimi:
Məqalələrin göndərilməsi üçün son tarix |
15 fevral 2017-ci il |
Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi |
25 fevral 2017-ci il |
Konfransın plenar iclasının açılış mərasimi |
24 aprel 2017-ci il |
Bölmə iclasları |
24 aprel 2017-cı il |
Konfransın bağlanış mərasimi |
25 aprel 2017-ci il |
Məqalələrin tərtibatına dair tələblər:
- Mətnin həcmi 5 səhifəyə qədər, A4 formatda, 12 ölçüdə, Times New Roman şrifti iləd, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25 olmalıdır;
- Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır;
- Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə;
- Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə yazılmalıdır.
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcəkdir.
Ünvan: Bakı şəh., Hüseyn Cavid pr., 115, Dilçilik İnstitutu
E-mail: a.akhundof85@gmail.com.
Telefon: (+994 12) 5372083
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.