Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Əlyazmalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
13.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Əlyazmalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Fevralın 12-də AMEA Əlyazmalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclasda iştirak edən AMEA prezidenti, akademik Akif Əlizadə institutun yeni təyin edilmiş direktoru, AMEA-nın müxbir üzvü Teymur Kərimlini Elmi şura üzvlərinə təqdim edib. O, kollektivin bundan sonra da elmi axtarışlarda uğur qazanacağına ümid bəslədiyini söyləyib.

İclasda elmi şura üzvləri - filologiya üzrə fəlsəfə doktoru M.Məmmədova, filologiya üzrə elmlər doktorları Möhsüm Nağısoylu, Kamandar Şərifov və digərləri çıxış ediblər. Onlar bundan sonra da Azərbaycanın milli-mənəvi xəzinəsi olan əlyazmaların qorunması, tədqiqi və nəşri üçün əllərindən gələni edəcəklərini bildiriblər.

İclasda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli kollektivə yeni yaradıcılıq uğurları və mühüm elmi nailiyyətlər diləyib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: