Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə həyata keçirilmiş “Gənclər və Elm” adlı layihə çərçivəsində Bakı şəhərinin Qaradağ rayonunda “Sənət seçimi – bu nə dərəcədə çətindir” adlı treninqlər təşkil olunmuşdur. Treninqlərin məqsədi məktəblilərin gələcək həyatlarında mühüm rol oynayacaq ixtisas və peşə seçimlərinin düzgün edilməsidir. Treninqlər zamanı “sənət seçimi zamanı nəyə diqqət yetirməliyik” adlı maarifləndirici bukletlər və sual anketləri paylanılmış, ixtisas seçimi ilə bağlı təqdimat nümayiş olunmuşdur.
“Müasir gənclərin elmə olan marağının artırılması” mövzusunda treninqin keçirilməsində əsas məqsəd isə gəncləri elmi fəaliyyətə cəlb etmək, onların ictimai və elmi-tədqiqat fəaliyyətinə marağının artırılmasına xidmət etməkdir.
Sonda şagirdlərlə müzakirələr aparılmış, fikirlər dinlənilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.