Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Gənc tədqiqatçılar Yaponiyada araşdırmalar aparmağa dəvət olunur
17.02.2014 00:00
  • A-
  • A
  • A+

Gənc tədqiqatçılar Yaponiyada araşdırmalar aparmağa dəvət olunur

Yaponiyanın “Matsumae” Beynəlxalq Fondu (MBF) hər il dünyanın müxtəlif ölkələrindən 20 tədqiqatçını fondun Elmi Cəmiyyət Proqramı çərçivəsində tədqiqat işləri aparmaq üçün ölkəsinə dəvət edir.

2015-ci ildə təşkil olunacaq proqramda əsasən təbiət elmləri, mühəndislik və tibb sahəsi üzrə gənc tədqiqatçı namizədlərə üstünlük veriləcək.

İştirak etmək istəyənlər tələb olunan sənəd və müraciət formalarını 30 may 2014-cü il tarixinədək AMEA RH Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinə təqdim edə bilərlər.

Azərbaycanın Yaponiyadakı səfirliyindən verilən məlumata görə, proqram iştirakçılarının beynəlxalq və daxili nəqliyyat, mehmanxana və gündəlik yaşayış xərcləri MBF tərəfindən ödəniləcək.

Tel: (+994) 492 66 51, 050 549-74-04

E-mail: dir@science.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: