www.science.az
03.02.2017 13:05

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsi yeni materiallarla zənginləşir

Milli adət-ənənələrimizin öyrənilməsində mühüm baza rolu oynayan AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsi daim yeni materiallarla zənginləşir.

Bu günlərdə Milli Azərbaycan Tarixi Muzeyinə yeni etnoqrafik material - XIX əsrə aid təmbəki kisəsi təqdim olunub. Kisənin atlası sarı rəngli ipəkdəndir, yerliyi isə göy rəngli atlas parçadandır. Üzərinə güləbatın və ipək saplarla gül-çiçək arasında yerləşən quş rəsmlərindən ibarət tikmə salınıb.

Muzeyə təqdim olunan kisə dövrün etnoqrafik mədəniyyətinin öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.