Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Müqayisəli sintaksis” kitabı rus dilində çapdan çıxıb
08.02.2017 14:13
  • A-
  • A
  • A+

“Müqayisəli sintaksis” kitabı rus dilində çapdan çıxıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili şöbəsinin müdiri, professor İsmayıl Kazımovun “Müqayisəli sintaksis” (“Sravnitelnıy sintaksis“) adlı yeni kitabı rus dilində çapdan çıxıb.

Monoqrafiyada türk dillərinin sintaktik təkamülü izlənilir. Cümlə, xüsusən də cüttərkibli və təktərkibli, həmçinin yarımçıq cümlə öyrənilir.

Müəllifin fikrincə, dillərin qohumluğu təkcə leksik vahidlərin oxşarlığı ilə deyil, həm də qrammatik-sintaktik quruluşun yaxınlığı ilə müəyyənləşir. Hər cür cümlə tipinin ümumi və xüsusi cəhətlərini müəyyənləşdirmək, öyrənilən dillərin sintaktik strukturunda özünü göstərən müvafiq oxşar və fərqli əlamətləri tapmaq, müxtəlif sintaktik hadisələrin yerinə və kəmiyyətinə görə yaranan ümumi və diferensial inkişaf xəttini, həmçinin cümlə tiplərində, onların sırasında müşahidə olunan özünəməxsus təkamül meyillərini öyrənmək kitabın başlıca qayəsidir.

Sadə cümlə genetik cəhətdən qohum dillərin sintaktik strukturunda özünü əsas vahid kimi göstərir. Kitabda Oğuz qrupu türk dillərinin materialları əsasında bu problemin İ.Kazımov tərəfindən öyrənilməsi nəinki sadə cümlənin prototiplərinin, həmçinin indiki dövrdə qohum dillərin sintaktik quruluşu arasında olan ümumi və diferensial əlamətlərin aşkarlanmasına imkan yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: