Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçiriləcək
16.02.2017 14:42
  • A-
  • A
  • A+

Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçiriləcək

AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA Rəyasət Heyətinin növbəti iclasında çıxışı zamanı bu barədə məlumat verib. Alim qeyd edib ki, belə bir addımın atılmasında əsas məqsəd  ölkədə gənclər siyasətinin daha da inkişaf etdirilməsi, gənclərin elmə cəlb edilməsi, onların elm sahəsində fəal iştirakına şəraitin yaradılması və yaradıcılıq potensiallarının artırılması, eyni zamanda gənc alimlərin elmi fəaliyyəti ilə bağlı problemlərin öyrənilməsi və onların aradan qaldırılmasıdır.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA və AR Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 2017-ci ilin oktyabr ayında Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsi haqqında qərar qəbul edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: