Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Coğrafiya İnstitutunda “Thomson Reuters” agentliyinin nümayəndəsi ilə görüş keçirilib
17.02.2017 09:49
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda “Thomson Reuters” agentliyinin nümayəndəsi ilə görüş keçirilib

AMEA ilə “Thomson Reuters” agentliyi arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən Coğrafiya İnstitutunda bu agentliyin ölkəmizdəki nümayəndəsi Aygün Babazadə ilə görüş keçirilib.

A.Babazadə bu bazadakı jurnallarda məqalələrin dərc olunması yolları və qaydaları, müasir dövrdə elmi jurnalların beynəlxalq tələblər səviyyəsində idarə edilməsi, habelə jurnalların dünyanın nüfuzlu elmi bazalarına daxil edilməsi şərtləri barədə məlumat verib. O, “Thomson Reuters”-in dünyada ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi olduğunu bildirib.

“Web of Science” elmi məlumatlar bazası haqqında da danışan agentliyin nümayəndəsi bildirib ki, beynəlxalq aləmdə tanınmış elmi portal olan “Web of Science” əvvəllər yalnız elmi tədqiqatların, elmi işlərin istinad indeksinin müəyyənləşdirilməsi ilə məşğul olub. Portal sonradan gördüyü keyfiyyətli işi sayəsində dünyanın aparıcı agentlikləri ilə rəqabətə girərək öndə dayanan təşkilata çevrilib. Portalın müxtəlif sahələri əhatə edən 17 min jurnalı var. Alimlər elmi arayışlar, sənədlər, konfrans icraatı üzrə materialları burada tapa bilərlər.

Sonda A.Babazadə çoxsaylı sualları cavablandırıb.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: