www.science.az
17.02.2017 11:16

AMEA-da Beynəlxalq Ana Dili Günü qeyd olunacaq

Fevralın 20-də saat 10:30-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan konfrans keçiriləcək.

Tədbirdə “Ana dili müstəqilliyimizin atributu kimi”, “Dil xalqın mənəvi varlığıdır”, “Ana dilimizin saflığını qoruyaq” və digər mövzularda məruzələr dinləniləcək.

Ünvan: Bakı şəh., H.Cavid prospekti, 115, AMEA-nın Əsas binası, IV mərtəbə.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.