Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.02.2017 09:56
  • A-
  • A
  • A+

Tarix İnstitutunda Elmi Şuranın “İslam Həmrəyliyi İli”nə həsr olunmuş iclası keçirilib

Tarix İnstitutunda Elmi Şuranın “İslam Həmrəyliyi İli”nə həsr olunmuş iclası keçirilib

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Elmi Şuranın “İslam Həmrəyliyi İli”nə həsr olunmuş iclası keçirilib. Tədbirdə qonaq qismində Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi iştirak edib.

İclasda Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək “İslam Həmrəyliyi İli”nin elan edilməsini İslam dünyasında baş verən ən mühüm hadisələrdən biri kimi dəyərləndirib.

Sonra çıxış edən Əhməd Sami Elaydi Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin fəaliyyət istiqamətləri haqqında məlumat verib. Mərkəzdə ərəb dili kurslarının keçirildiyini söyləyən misirli qonaq Tarix İnstitutunun əməkdaşlarını bu kurslarda iştiraka dəvət edib.

İclasda “İslam Həmrəyliyi İli” çərçivəsində iki qurumun birgə təşkilatçılığı ilə müxtəlif tədbirlərin keçirilməsi, Azərbaycanın dövlətçilik tarixi, o cümlədən Azərbaycanın Qarabağ, İrəvan və digər bölgələrinin tarixi ilə bağlı kitabların tərcümə edilərək ərəb ölkələrində təbliğ edilməsi qərara alınıb.

Daha sonra Y.Mahmudov Elmi Şuranın üzvlərinə özbək tarixçisi Şuxrat Salamovla (Barlas) bağlı məhkəmə işi barədə məlumat verərək qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, daşnakların Türküstanda törətdiyi qətliamlara dair kitablar yazan Ş.Salamov haqqında ermənilərin irəli sürdüyü ittihamlara məhkəmədə baxılıb və qaldırılan iddialar əsassız sayılıb. İnstitut direktoru bu işdə Azərbaycan ziyalılarının, o cümlədən Tarix İnstitutunun Elmi Şurasının bəyanatının mühüm rol oynadığını xatırladaraq tarixçi-alimləri təbrik edib.

Y.Mahmudov misirli qonağa “Azərbaycan: qısa dövlətçilik tarixi”, “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Azərbaycan xalçaları: İrəvan qrupu” kitablarını və İrəvan xanlığının tarixi ilə bağlı broşürlər təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: