Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şərur folklor örnəkləri” kitabı oxucuların ixtiyarına verilib
21.02.2017 09:30
  • A-
  • A
  • A+

“Şərur folklor örnəkləri” kitabı oxucuların ixtiyarına verilib

AMEA-nın Folklor İnstitutunun əməkdaşları tərəfindən hazırlanmış “Şərur folklor örnəkləri” kitabı oxucuların ixtiyarına verilib.

“Elm və təhsil“ nəşriyyat-poliqrafiya müəssisəsində çap olunan kitabın tərtibçiləri institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov və filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımova, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent İlkin Rüstəmzadədir.

AMEA-nın müxbir üzvü M.İmanov kitaba Naxçıvan folklorunun özünəməxsus cəhətləri, Azərbaycanın başqa regionlarının folklorundan fərqli xüsusiyyətləri barədə sanballı “Ön söz” yazıb.

Yeni nəşr Folklor İnstitutunun əməkdaşları Fidan Qasımova və Gülnurə Canməmmədovanın 2012-ci ilin dekabrında Naxçıvanın Şərur rayonuna ezam olunduqları vaxt topladıqları folklor materialları əsasında hazırlanıb. Xüsusilə, dünyanın yaranması, göy cisimləri, peyğəmbərlər, imamlar, pirlər, ocaqlar və yer adları haqqında mifoloji mətnlər Şərurun qədim folklor və mədəniyyət beşiyi olduğunu təsdiqləyir. Kitabda Şərura məxsus olan bayramlar və toy adətləri haqqında etnoqrafik mətnlər, nağıllar, lətifələr, eləcə də pirlər, ocaqlar, ziyarətgahlar barədə şəkillər yer alıb. Bundan başqa, nəşrə “Bitlə birənin nağılı”, “Halva” nağılları və Fəridə Kərimovanın topladığı bayatılar və atalar sözləri daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: