Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Muzey və kitabxanalarda mühafizə edilən milli dəyərlərin tədqiqi və təbliğinə həsr olunmuş respublika elmi konfransı keçiriləcək
22.02.2017 10:04
  • A-
  • A
  • A+

Muzey və kitabxanalarda mühafizə edilən milli dəyərlərin tədqiqi və təbliğinə həsr olunmuş respublika elmi konfransı keçiriləcək

2017-ci il iyunun 20-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində bu qurumun təşkilatçılığı ilə “Muzey, arxiv və kitabxanalarda mühafizə edilən milli dəyərlərin tədqiqi, təbliği, qorunması və bərpası” mövzusunda I Respublika elmi konfransı keçiriləcək.

Konfrans çərçivəsində aşağıdakı mövzular müzakirə olunacaq:

- Muzeylərdə elmi, fond və ekspozisiya işində milli dəyərlərin yeri ;

- Arxiv və kitabxana işinin təşkili;

- Müasir cəmiyyətdə muzey. Yeni inkişaf yollarının axtarışı;

- Arxiv və kitabxana fondlarında milli dəyərlərin mühafizəsi və qorunması;

- Muzey, elm və təhsil: partnyorluq, təcrübə, perspektivlər;

- Muzey, kitabxana və arxivlərdə bərpa və konservasiya işinin təşkili;

- Gənc nəslin tarixi yaddaşının formalaşmasında muzeylərin rolu.

Konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini və anketləri 2017-ci il martın 30-dək behmen_76@mail.ru e-mail ünvanına göndərə bilərlər.

Tezislərin hazırlanması və göndərilməsi:

- Tezislərin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi (əgər varsa), əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir;

- Mətnin həcmi – 1 səhifəyədək;

- Şrift – Times New Roman, 14, sətirlərarası interval – 1,5.

Məruzələrin tərtibinə dair tələblər:

- Kağızın formatı – A4, Word redaktorunda;

- Həcmi – 4 səhifəyədək;

- Şrift – Times New Roman 14;

- Sətirlərarası interval – 1,5;

- İstinadlar – avtomatik, səhifənin sonunda (şrift – Times New Roman 10, interval 1).

Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, onlarda düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Ünvan: Bakı ş., H.Z.Tağıyev küçəsi, 4;

Telefon: (+994 12) 493 23 87, (+994 12) 598 17 40, (+994 12) 598 17 39

Faks: (+994 12) 598 52 11

Əlaqələndirici şəxs: t.ü.f.d. Bəhmən Kərimov

©  Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: