Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Makromolekullar kimyası” adlı kitab çapdan çıxıb
22.02.2017 11:08
  • A-
  • A
  • A+

“Makromolekullar kimyası” adlı kitab çapdan çıxıb

AMEA Neft-Kimya Prosesləri İnstitutu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin alimlərinin həmmüəllifi olduğu “Makromolekullar kimyası” adlı kitab çapdan çıxıb.

“Elm” nəşriyyatı tərəfindən çap olunan kitabın elmi redaktoru Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d. Hikmət İbrahimov, rəyçisi isə Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun laboratoriya müdiri, k.e.d. Nazim Zeynalovdur.

Nəşr ilk dəfə olaraq “Makromolekullar kimyası” ixtisası üzrə fəlsəfə doktoru minimum imtahanı üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi proqramın bütün bölmələrini əhatə edir. Kitabda yüksəkmolekullu birləşmələr haqqında ümumi məlumatlar, onların alınması, xassələri və tətbiqi üzrə dolğun materiallar öz əksini tapıb.

Vəsait bu sahədə çalışan mütəxəssislər, o cümlədən doktorant, magistrant və tələbələr üçün nəzərdə tutulur.

©  Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: