Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib
12.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarixi və mədəniyyət abidələrinin bərpası, qorunması, tarixi və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”ndan irəli gələn və institutun qarşısında qoyulan tələblər müzakirə edilib.

Tədbirdə çıxış edən institutun direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimova qəbul olunmuş “Dövlət Proqramı”nın Azərbaycanın tarixi-mədəniyyət abidələrinin qorunmasında və təbliğində müstəsna rol oynayacağını vurğulayıb, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğını önə çəkib. Qeyd edib ki, institutun gələcək tədqiqat planları “Dövlət Proqramı”na uyğunlaşdırılmalıdır.

İclasda çıxış edən alimlər yeni qəbul edilmiş proqramın Azərbaycan arxeologiya elminə, o cümlədən Azərbaycanın tarix və mədəni irsinin tədqiqi və təbliğinə geniş imkanlar yaradacağını vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: