Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan və dünya incəsənətində soyqırımı mövzusu” kitabının təqdimatı olacaq
23.02.2017 10:05
  • A-
  • A
  • A+

“Azərbaycan və dünya incəsənətində soyqırımı mövzusu” kitabının təqdimatı olacaq

Fevralın 24-də saat 10:30-da AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbir keçiriləcək.

Azərbaycanlılara qarşı soyqırımların tədqiqi üzrə Komissiya və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək toplantıda Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri cinayətlər barədə məlumat veriləcək. "Xocalı faciəsi təsviri sənətdə", "Xocalı soyqırımı: poetik fəryaddan ümumbəşəri ittihama", "Azərbaycan və dünya incəsənətində soyqırımı mövzusu" tədqiqatı" mövzularında məruzələr dinləniləcək.

Tədbir çərçivəsində “Azərbaycan və dünya incəsənətində soyqırımı mövzusu” kitabının təqdimat mərasimi də olacaq.

Ünvan: Bakı ş., Hüseyn Cavid prospekti, 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: