Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Hüseyn Cavidin “Maral” əsərinin yazılmasının 105 illiyi münasibətilə elmi sessiya keçirilib
27.02.2017 14:54
  • A-
  • A
  • A+

Hüseyn Cavidin “Maral” əsərinin yazılmasının 105 illiyi münasibətilə elmi sessiya keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində böyük dramaturq, filosof şair Hüseyn Cavidin "Maral" əsərinin yazılmasının 105 illiyi münasibətilə elmi sessiya keçirilib.

Tədbirdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı ""Maral" - Azərbaycan ədəbiyyatında qadın hüquqsuzluğu mövzusunda yazılmış ilk faciə" adlı elmi məruzə ilə çıxış edib. Alim məruzəsində əsərin ədəbi  təhlilini  verərək  onun Azərbaycan ədəbiyyatı tarixində mövzu aktuallığı ilə seçildiyini vurğulayıb. Bildirib  ki, dahi dramaturqun "Maral" faciəsi işıqlı  ideyaların  təbliği  baxımından xüsusi önəm daşıyır.

Sonra muzeyin əməkdaşı Bəsti Məmmədova "Hüseyn Cavidin "Maral" əsəri–105 (ədəbi-tarixi xronika)" mövzusunda elmi məruzəsini təqdim edib. O, məruzəsində əsər haqqında dolğun xronoloji məlumat verərək pyesin səhnələşdirmə tarixinə ətraflı nəzər salıb.

Tədbir çərçivəsində "Maral" əsərinə həsr olunmuş sərgi də təşkil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: