Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Hüseyn Cavidin Ev Muzeyində "SABAH" qruplarının tələbələri üçün "açıq dərs" keçirilib
28.02.2017 11:20
  • A-
  • A
  • A+

AMEA Hüseyn Cavidin Ev Muzeyində "SABAH" qruplarının tələbələri üçün "açıq dərs" keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində bu qurumun direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının təşəbbüsü ilə Bakı Slavyan Universitetinin Xarici dil müəllimliyi fakültəsinin "SABAH" qruplarının II kurs tələbələri üçün "açıq dərs" keçirilib.

Muzeyin elmi katibi Natiq Mürsəlov tələbələrə “Hüseyn Cavidin həyatı və ədəbi-fəlsəfi irsi” mövzusunda mühazirə oxuyub, tələbələrə ədibin həyat yolu, zəngin yaradıcılığı və ailə üzvlərinin faciəli taleyi haqqında geniş məlumat verib.

Daha sonra tələbələr Hüseyn Cavidin şeirlərindən parçalar səsləndiriblər.

Sonda tələbələr muzeyin ekspozisiyası ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: