www.science.az
28.02.2017 14:25

Britaniyalı kardiocərrahlar tərəfindən "bionik ürək" hazırlanıb

İngiltərənin Suonsi Universitetinin alimləri ürək xəstəliyindən əziyyət çəkən insanların həyatını xilas edəcək “bionik ürək” adlanan cihaz hazırlayıblar.

health.mail.ru saytı xəbər verir ki, “bionik ürək” qanın girişinə və çıxışına nəzarət edir. Belə ki, ürəyin sol mədəciyindən qanı alıb aortaya daşıyan cihaz orqanizmin qan axınının tənzimlənməsinə kömək göstərir.

Cihazı hazırlayan alimlərdən ibarət qrupun rəhbəri, professor Stefan Vestabi bildirib ki, cihazın istifadəsinə gələn il başlanılacaq və bundan sonra ürək nəqlinə ehtiyac olmayacaq. “Bionik ürək” tamamilə təhlükəsizdir və heç bir riski yoxdur.

Stefan Vestabi diqqətə çatdırıb ki, gələn il İngiltərədə 30 nəfər yaşlı insanın və 30 uşağın “bionik ürək”dən istifadə edəcəyi nəzərdə tutulub.