www.science.az
02.03.2017 09:26

Azərbaycan və ABŞ arasında seysmoloji sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib

ABŞ-ın "Kinemetriks" şirkətinin prezidenti Ogie Kuraica AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində olub.

Görüşdə iki ölkənin seysmoloji təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

"Kinemetriks" şirkətinin RSXM-lə yaxından əməkdaşlıq etdiyini deyən O.Kuraica amerikalı seysmoloqların azərbaycanlı həmkarları ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaqda maraqlı olduqlarını bildirib.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli isə Monitorinq Mərkəzinin iş prinsipi barədə qonağa məlumat verib. Qeydə alınan zəlzələlərin ən müasir tətbiqi proqramlar vasitəsilə emal edildiyini deyən Q.Yetirmişli "Kinemetriks" şirkətilə əməkdaşlığın genişlənməsinin RSXM üçün vacib olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.