Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Naxçıvan Bölməsində elmi ekspedisiyalar aparılacaq
02.03.2017 15:19
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsində elmi ekspedisiyalar aparılacaq

AMEA Naxçıvan Bölməsində aprel ayından etibarən elmi ekspedisiyalara başlanılacaq. Məqsəd Naxçıvan Muxtar Respublikasının qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi, arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələrinin elmi cəhətdən təhlil olunması, bitki və heyvanlar aləminə aid zəngin materialların, faydalı bitkilərin müəyyənləşdirilməsi, o cümlədən tədqiqat işlərinin nəticəsi olaraq ümumiləşdirici əsərlərin, mоnоqrafiyaların və kitabların hazırlanıb çap edilməsidir.

Sentyabrın sonunadək nəzərdə tutulan tədqiqatlar bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Bioresurslar institutlarının əməkdaşları tərəfindən aparılacaq.

Qeyd edək ki, ötən illər ərzində toplanılan materiallar əsasında "Naxçıvan Ensiklоpediyası", "Naxçıvanın Tarixi Abidələri" ensiklоpediyası, "Naxçıvan: Tarixi və Abidələri", “Naxçıvanın Tarixi Atlası”, “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı”, “Naxçıvanın Fоlklоr Antоlоgiyası” kitabları çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: