Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Azərbaycan memarlıq abidələrinin tipologiyası: XI-XVII əsrlər” kitabı çapdan çıxıb
06.03.2017 09:37
  • A-
  • A
  • A+

"Azərbaycan memarlıq abidələrinin tipologiyası: XI-XVII əsrlər” kitabı çapdan çıxıb

Memarlıq doktoru, professor Rayihə Əmənzadənin “Azərbaycan memarlıq abidələrinin tipologiyası: XI-XVII əsrlər” kitabı çapdan çıxıb.

Nəşrin elmi redaktoru Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadədir.

Dərs vəsaitində XI-XVII əsrlərdə Azərbaycanın memarlıq abidələrinin tipoloji təsnifatı ilə yanaşı, onların formalaşma xüsusiyyətləri verilib. Həmçinin hər regionun təbii iqlim şəraiti və memarlıq məktəblərinin gözdən keçirilən abidələrin formalaşmasındakı rolu xüsusi qeyd edilib.

Kitabda orta əsrlər Azərbaycan monumental tikililəri ümumiləşdirilir və onların geniş tipoloji spektri təqdim edilir. Memarlıq tipologiyasında dini, xatirə, mülki, ticarət və müdafiə qurğuları və tikililərin titul siyahısı ehtiva olunur, xalqımızın memarlıq mədəniyyətinin bir çox cəhətləri və abidələrin funksional müxtəlifliyi işıqlandırılır.

Tarixi mədəni irsə diqqət kimi prioritet vəzifəyə hesablanmış bu dərs vəsaiti memarlıq ixtisası üzrə bakalavr və magistrlər üçün nəzərdə tutulub, eyni zamanda, memarlıq tarixi ilə məşğul olan mütəxəssislər üçün dəyərli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: