www.science.az
07.03.2017 11:55

AMEA-da 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Martın 7-də AMEA-nın Əsas binasında Rəyasət Heyəti nəzdində Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə AMEA-nın elmi müəssisələrinin Həmkarlar Təşkilatlarının 13 qadın sədri iştirak edirdi.

Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev, bu qurumun sədr müavinləri - hüquq elmləri doktoru, professor Habil QurbanovSəyyar Abdullayev akademiyanın ictimai-mədəni həyatında fəallığı ilə seçilən qadın əməkdaşları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.

Cəmiyyətdə və ailədə qadınların rolundan danışan professor İ.Alıyev onların mənəvi dayaq olduqlarını söyləyib. Vurğulayıb ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılmışdır. Qadınların bütün sahələrdə kişilərlə bərabər geniş təmsil olunmaları ölkəmizdə dövlət səviyyəsində onlara göstərilən ehtiramın və diqqətin bariz nümunəsidir.

Sonda qadın əməkdaşlara hədiyyələr təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.