Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə kitab çap olunub
09.03.2017 16:05
  • A-
  • A
  • A+

Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə kitab çap olunub

Azərbaycan Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar AR Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Molla Pənah Vaqif” adlı kitab nəşr olunub.

AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun müəllifi olduğu kitabda dahi söz ustasının həyat yolundan söhbət açılır, ədibin yaradıcılığı geniş aspektdə təhlil edilir. Vaqifşünaslığın zəngin ənənələrinə əsaslanan əsər, eyni zamanda, bir sıra yeni ideyaları ilə seçilir. İngilis dilində xülasənin daxil edildiyi kitab “Renessans-A” nəşriyyat evində yüksək poliqrafik keyfiyyətlə çap olunub.

Qeyd edək ki, 28-30 sentyabr 2017-ci il tarixlərində Bakıda baş tutacaq V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Molla Pənah Vaqif” kitabının geniş təqdimatı keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: