Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

İtaliyalı mütəxəssislər AMEA-nın Əlyazmalar İnstitutunda olublar
09.03.2017 14:49
  • A-
  • A
  • A+

İtaliyalı mütəxəssislər AMEA-nın Əlyazmalar İnstitutunda olublar

Martın 9-da Roma Milli Mərkəzi Kitabxanasının Roman və fotoarxiv şöbəsinin əməkdaşı Paola Puqlisi və “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” layihəsinin rəhbəri, rezident tvinninq müşaviri Alessandro Bianki AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

Qonaqları institutun elmi işlər üzrə direktor müavinləri, fil.ü.e.doktorları Aybəniz-Əliyeva KəngərliPaşa Kərimov qarşılayıblar.

Görüş zamanı qonaqlara elmi müəssisənin fəaliyyət istiqamətləri, burada saxlanılan əlyazma və şəxsi arxivlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda institutda 12 mindən artıq əlyazma, o cümlədən Azərbaycanın 32 görkəmli sənət adamının şəxsi arxivi mühafizə edilir.

Alessandro Bianki öz növbəsində rəhbəri olduğu layihə çərçivəsində tarix, dilçilik, mədəniyyət və etnoqrafiya sahələri üzrə görülən işlər barədə danışıb. Paola Puqlisi isə ölkəmizin arxivləri, o cümlədən kitabxanaların elektronlaşdırılması ilə maraqlandığını diqqətə çatdırıb.

Sonda qonaqlar institutun sərgi zalı, Arxiv və Elektron resurslar şöbələri ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: