www.science.az
13.03.2017 17:36

Akademik B.Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun təşkilatçılığı ilə 29-30 iyun 2017-ci il tarixlərində görkəmli alim, Azərbaycanın Əməkdar elm xadimi, akademik B.Zeynalovun 100 illik yubileyinə həsr olunan “Neftkimya sintezi və mürəkkəb kondensləşmiş sistemlərdə kataliz” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək.     

Məqsəd B.Zeynalovun neft-kimya elminin inkişafındakı rolunun işıqlandırılması, dünyada aparılan elmi tədqiqatların inteqrasiyası və müasir prioritetlərin müəyyənləşdirilməsidir.

Konfransın proqramında aşağıdakı bölmələr üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur:

I Bölmə - Neft-kimyası və neft emalı;

II Bölmə - Üzvi kataliz;

III Bölmə - Polimer materiallar və kompozitlər.

Plenar məruzələrin tezisləri aşağıdakı tələblərə uyğun tərtib olunmalıdır:

-Məruzənin adı iri hərflərlə, Times New Roman, 12 şriftlə, 1,15 intervalla, sağ və soldan 20 mm yuxarı və aşağıdan 20 mm məsafə saxlanılmaqla çap olunmalıdır;

-Müəllifin adı, atasının adı, soyadı, elektron poçtu;

-Məruzəni göndərən müəssisə, təşkilat, firma və şəhərin adı (K);

-Məruzələr Azərbaycan, rus və ya ingilis dillərində A4 formatda çap olunmuş halda 2 nüsxədə (2-ci nüsxə bütün müəlliflər tərəfindən imzalanır) və CD-də qəbul olunur;

Təqdim olunan məruzələr göstərilən tələbatlara cavab vermədiyi halda qəbul olunmayacaq.

Məruzələrin çap olunması üçün təsdiq olunmuş ekspertiza aktı, müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktub göndərilməlidir. Təşkilat Komitəsi göndərilmiş materialların seçilmə və qəbul olunma hüququnu özündə saxlayır.

Məruzələrin tezislərinin qəbulu 1 aprel 2017-ci il tarixinədək davam edəcək.

Qəbul olunmuş məruzələr barədə məlumatlar müəllifkərinə 1 may 2017-ci il tarixindən başlayaraq çatdırılacaq.

Əlaqə: (+994 12) 490 24 43;

E-mail: ipcp_lab3@mail.ru.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.