www.science.az
16.03.2017 09:35

Bioresurslar İnstitutu Naxçıvanda bəbirlərin yaşayış arealı və həyat tərzini öyrənmək üçün ekspedisiyalara başlayıb

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları elmi ekspedisiyalara başlayıblar.

Məqsəd Naxçıvan Muxtar Respublikasının bitki və heyvanlar aləminə aid materialların, faydalı bitkilərin əhatəli öyrənilməsidir.

İnstitut direktoru, akademik Tariyel Talıbovun sözlərinə görə, Şərur, Şahbuz, Ordubadda və MR-in bəzi dağlıq ərazilərində digər heyvanlarla yanaşı, bəbirlər də yaşayır.

Ümumdünya mühafizə fondundan alınan fototələlər vasitəsilə onların şəkil və videolarının çəkildiyini deyən T.Talıbov bildirib ki, 2001-ci ildən NMR-də ovçuluğun qadağan olunması bu heyvanların bölgədə intensiv həyat sürməsinə gətirib çıxarıb.

Akademik qeyd edib ki, ekspedisiyalar zamanı bəbirlərin yaşayış arealı və həyat tərzi öyrəniləcək, həmçinin zəhərli ilanların tədqiqatı aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.