Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Kursk şəhərində İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək
16.03.2017 10:37
  • A-
  • A
  • A+

Kursk şəhərində İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

16-19 may 2017-ci il tarixlərdə Rusiyanın Kursk şəhərində obrazların tanınması, təsvirlərin və simvol xarakterli informasiyanın işlənməsi sistemlərində optoelektron avadanlıq və qurğulara həsr olunmuş “Распознавание – 2017” XIII beynəlxalq elmi-texniki konfransı keçiriləcək.

Konfransın əsas istiqamətlərinə təsvirlərin riyazi emalı, analizi, tanınması nəzəriyyəsi, maşın sistemlərinin layihələndirilməsi və təhlili, informasiyanın işlənilməsinin alqoritmik, proqram və texniki vasitələri, ixtisaslaşdırılmış hesablama cihazları, paralel və paylanmış hesablamalar, optoelektron sistemlərin tətbiqi ilə istehsal proseslərinin avtomatlaşdırılması və ona nəzarət, telekommunikasiya şəbəkələri və video informasiya xidmətləri sistemi, təhsildə yeni informasiya texnologiyaları və s. daxildir.

Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun da həmtəşkilatçısı olduğu beynəlxalq konfransda AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev proqram komitəsinin üzvüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: