AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Stoxastik idarəetmə və tətbiqi statistika laboratoriyasının müdiri, akademik Asəf Hacıyev mart ayının 14-də İstanbul Koç Universitetinin dəvəti ilə bu təhsil müəssisəsində olub.
Azərbaycanlı alim universitetin Riyaziyyat bölməsində “Ehtimal nəzəriyyəsinin nəqliyyat məsələlərində tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ehtimal nəzəriyyəsinin tətbiqi barədə ətraflı məlumat verilib, nəqliyyatda baş verən bir neçə gözlənilməz (paradoksal) nəticələrin ehtimal nəzəriyyəsi baxımından izahı müzakirə olunub.
Tədbirdə universitetin müxtəlif bölmələrinin professor-müəllim heyəti, doktorant və magistrantlar iştrak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.