Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Uçurum” əsərini yazmasından 100 il ötür
21.03.2017 11:16
  • A-
  • A
  • A+

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Uçurum” əsərini yazmasından 100 il ötür

Bu il böyük Azərbaycan mütəfəkkiri, mənzum dramaturgiyamızın banisi Hüseyn Cavidin 1917-ci ildə qələmə aldığı “Uçurum” əsərini yazmasından 100 il ötür. Bu münasibətilə AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində tədbir keçirilib.

Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin 4-cü kurs tələbələrinin iştirak etdiyi tədbirdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı “Hüseyn Cavidin bədii-fəlsəfi irsində süni avropalaşma və yad ünsürlərin milli mənəviyyata təsiri  problemi” mövzusunda elmi məruzə ilə çıxış edib. O, məruzəsində geniş ədəbi təhlil apararaq əsərin Avropa və türk mədəniyyətlərinin sintezi və müqayisəsi baxımından mövzu aktuallığı ilə seçildiyini bildirib. “Uçurum” kəlməsinin simvolik məna daşıdığını söyləyən G.Babaxanlı bu sözün öz kökündən, mədəniyyətindən uzaqlaşmaq, yad mədəniyyətin, yad əxlaqın təsiri altına düşməyi ifadə etdiyini vurğulayıb.

Sonra muzeyin elmi işçisi Aytən Babayevanın “Uçurum” faciəsi – 100 (ədəbi-tarixi xronika)” mövzusunda məruzəsi dinlənilib. Gənc tədqiqatçı məruzəsində əsər haqqında dolğun xronoloji məlumat verərək pyesin yazılması, nəşri və səhnələşdirilmə tarixinə nəzər salıb.

Tədbir çərçivəsində “Uçurum” əsəri ilə bağlı eksponatlardan ibarət sərgi də təşkil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: