Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Ekoloji heyvandarlıqla” məşğul olmaq istəyən fermerlərlə müqavilələr imzalanıb
29.03.2017 09:36
  • A-
  • A
  • A+

“Ekoloji heyvandarlıqla” məşğul olmaq istəyən fermerlərlə müqavilələr imzalanıb

Prezident İlham Əliyevin 2016-cı il dekabrın 6-da imzaladığı Fərmanla təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan prioritetlərdən biri də ölkədə ekoloji təmiz məhsul istehsalının inkişaf etdirilməsidir.

Bu məqsədlə AMEA Botanika İnstitutunun Qax rayonunda fəaliyyət göstərən Ekoloji Təmiz Kənd Təsərrüfatı (ETKT) üzrə Regional Təcrübə və Resurs Mərkəzinin təşkilatçılığı ilə fermerlərlə müxtəlif istiqamətlər üzrə görüşlər keçirilir. Məqsəd ekoloji təsərrüfatçılığa keçid mərhələsində olan fermerlər arasında maarifləndirmə işinin genişləndirilməsi, onlara peşə yönümlü məsləhətlərin, müasir metodlardan istifadə qaydaları barədə məlumatların verilməsidir.

Martın 29-da “Ekoloji heyvandarlıqla” məşğul olmaq istəyən fermerlərlə keçirilən görüşdə onlarla müqavilələr imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: