Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Aşqarlar Kimyası İnstitutu gənclər üçün mükafat müsabiqəsi elan edir
30.03.2017 16:00
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutu gənclər üçün mükafat müsabiqəsi elan edir

AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Gənc Alim və Mütəxəssislər Şurası “Akademik Əli Quliyev adına mükafat”ın 2017-ci il üzrə növbəti laureatını seçmək üçün müsabiqə elan edir.

Müsabiqənin şərtlərinə görə, bu mükafata institutda çalışan və yüksək elmi nəticə göstərən bir nəfər gənc alim layiq görüləcək.

Namizədlərin seçimi zamanı onların nüfuzlu xarici (impakt faktoru yüksək olan) jurnallarda məqaləsinin dərc olunması, xarici ölkələrin birində beynəlxalq konfransda məruzə etməsi, əhəmiyyətli patent alması, elmi əsərlərinə olan istinadlar kimi əsas meyarlara üstünlük veriləcək.

May ayının 31-də akademik Əli Quliyevin doğum günündə seçilmiş namizədə diplom və pul mükafatının təqdim olunması nəzərdə tutulub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: