Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Mərkəzi Nəbatat Bağında elmi seminar keçirilib
20.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Mərkəzi Nəbatat Bağında elmi seminar keçirilib

AMEA Mərkəzi Nəbatat Bağında (MNB) “Naxçıvan florasının Allium L. cinsi növlərinin Abşerona introduksiyasının bioloji xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib.

MNB-nın elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyevin rəhbərliyi ilə keçirilən seminarda Nəbatat Bağının gənc alimi Sevinc Quliyeva Naxçıvan MR-nın təbii florasında yayılmış Allium(soğan) cinsinin 25 növünün introduksiya olunduğu yeni ekoloji şəraitdə bioloji xüsusiyyətləri, bəzi növlərinin mövsümü inkişaf ritmi, çiçəkləmə dinamikası, toxum məhsuldarlığı, toxumun cücərmə xüsusiyyəti haqqında ətraflı məlumat verib.

Qeyd edib ki, ilk dəfə olaraq geniş şəkildə öyrənilən introduksiya edilmiş Allium cinsi dekorativlik keyfiyyətinə görə qiymətləndirilib. Tədqiqat zamanı aparılan kimyəvi analizlərin nəticəsində bir çox növlərinin faydalı dərman bitkisi kimi istifadəsinin mümkünlüyü məlum olub.

Tədbirdə nadir və nəsli kəsilməkdə olan bitkilərə diqqəti artırmaq məqsədi ilə sözügedən bitkilərin Abşerona introduksiyası, yayılma arealının genişləndirilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr irəli sürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: