AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyəti tərəfindən “Azərbaycanın dağ geosistemləri: problemlər və perspektivlər” adlı kitab çap edilib.
Nəşr görkəmli coğrafiyaşünas alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, AMEA-nın müxbir üzvü, professor Elbrus Əlizadənin xatirəsinə ithaf olunub.
İnstitutun direktoru, akademik Ramiz Məmmədovun redaktoru olduğu kitabda dağlıq ərazilərdə geoloji-geomorfoloji tədqiqatların müasir istiqamətləri, landşaft planlaşdırılması, qlobal iqlim dəyişmələrinin təzahürləri, su resurslarından istifadə, ekoloji-coğrafi və sosial-iqtisadi problemlərin tədqiqinə dair elmi məqalələr toplanıb.
Əsər müəllimlər, doktorantlar, magistr və bakalavrlar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.