Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin kitabı Rusiyada 40 ildən sonra yenidən çap olunub
05.04.2017 10:50
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin kitabı Rusiyada 40 ildən sonra yenidən çap olunub

AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, texnika üzrə fəlsəfə doktoru Robert Qarayevin  “İnformasiyanın boru kəmərlərinin AİS-də yığılması və ötürülməsi” kitabı 40 ildən sonra Rusiyada yenidən çapdan çıxıb.

Moskvanın “MEE Media” nəşriyyatı tərəfindən çap olunan kitabda magistral boru kəmərləri üçün telemexaniki sistemlərdə (SCADA) kanalların etibarlılığının və toxunulmazlığının təminatı üzrə tədqiqatlar yer alıb.

Müəllif bu tədqiqatların nəticələrinə keçmiş SSRİ-nin telemexanika sənayesi sahəsindəki qabaqcıl təşkilatların - Avtomatika və Telemexanika İnstitutunun, Kompleks Avtomatlaşdırma üzrə Mərkəzi Elmi-Tədqiqat İnstitutunun, AİS MLKB, AİS LKB və “Serck Controls” ingilis şirkətinin nümayəndələri ilə uzun müddət əməkdaşlıq sayəsində nail olub.

Yeni nəşr hazırda dissertasiya işlərində və məqalələrdə istifadə edilir.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: