Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Zəlzələ zamanı davranış qaydaları” layihəsi davam edir
10.04.2017 09:35
  • A-
  • A
  • A+

“Zəlzələ zamanı davranış qaydaları” layihəsi davam edir

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Zəlzələ zamanı davranış qaydaları” layihəsi davam edir.

Növbəti tədbir Suraxanı rayonu 232 saylı tam orta məktəbin şagirdləri üçün keçirilib. Tədbirdə RSXM-in əməkdaşları - Afaq Ağazadə və Məhin Məmmədli məktəblilərə zəlzələ, onların baş vermə səbəbləri və zəlzələ zamanı davranış qaydaları haqqında ətraflı məlumat veriblər. Mərkəzin əməkdaşları, həmçinin məktəb şagirdlərinin suallarını da cavablandırıblar.

Silsilə tədbirlər davam etdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: