Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Landşaft planlaşdırılması: mahiyyəti və tətbiqi” kitabı çapdan çıxıb
12.04.2017 09:10
  • A-
  • A
  • A+

“Landşaft planlaşdırılması: mahiyyəti və tətbiqi” kitabı çapdan çıxıb

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun “Landşaft planlaşdırılması: mahiyyəti və tətbiqi” adlı kitabı çapdan çıxıb.

Kitabda Şirvan və Samur-Yalama Milli Parklarının mövcud təbii, sosial-iqtisadi vəziyyəti inventarlaşdırılır və qiymətləndirilir, həmçinin sahə kompleks inkişaf istiqamətləri araşdırılır.

Bundan əlavə, nəşrdə landşaft planlaşdırılmasının konsepsiyası və formalaşmış modeli verilir, o cümlədən onun Azərbaycanın ekoloji siyasətində rolu göstərilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: