Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Lisey şagirdləri AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun laboratoriyaları ilə tanış olublar
12.04.2017 10:44
  • A-
  • A
  • A+

Lisey şagirdləri AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun laboratoriyaları ilə tanış olublar

Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri AMEA Neft-Kimya Prosesləri İnstitutunda olublar.

Elmi müəssisənin laboratoriyaları ilə tanış olan şagirdlər daha sonra institutun direktoru, akademik Vaqif Abbasovla görüşüblər.

Şagrdlərə institutun yaranma tarixi, burada aparılan tədqiqat işləri və əldə olunmuş nailiyyətlər barədə məlumat verən akademik V.Abbasov onları institutun veb-saytındakı materiallarla tanış edib. O, məktəbin kimyanı sevən şagirdlərini institutun laboratoriyalarında təcrübə keçməyə, “Sabahın alimləri” müsabiqəsində iştirak üçün layihələr hazırlayıb tədqiqat işləri aparmağa dəvət edib.

Alim görüş zamanı şagirdləri maraqlandıran sualları cavablandırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: