Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Professor Roza Eyvazovanın 80 illik yubileyi qeyd olunacaq
12.04.2017 14:44
  • A-
  • A
  • A+

Professor Roza Eyvazovanın 80 illik yubileyi qeyd olunacaq

Aprelin 17-də saat 11:00-da AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə şərqşünas alim və şairə, filologiya elmləri doktoru, professor Roza Eyvazovanın anadan olmasının 80 illik yubileyinə həsr olunan elmi konfrans keçiriləcək.

Qeyd edək ki, R.Eyvazova elm sahəsindəki xidmətlərinə görə “Əmək veteranı” medalı, Almaniyadakı Nizami adına Azərbaycan Mədəniyyəti İnstitutunun Fəxri fərmanı, “Ən yaxşı vətənpərvər tədqiqatçı alim diplomu” və “Qızıl medal”ı, həmçinin “Tuti Bikə” mükafatına layiq görülüb. 

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: