www.science.az
14.04.2017 11:15

Naxçıvanda 1202 tarix və mədəniyyət abidəsi pasportlaşdırılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 dekabr 2005-ci il tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” sərəncamına əsasən AMEA Naxçıvan Bölməsində tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işləri davam etdirilir.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarının 2006-cı ildən etibarən apardıqları tədqiqatlar zamanı indiyə kimi Naxçıvan ərazisində 1202 tarix və mədəniyyət abidəsi müəyyənləşdirilib və toplanılan məlumatlar əsasında onların pasport-qeydiyyat kartı hazırlanıb. Abidələrdən 825-i ilk dəfə olaraq tarixçi alimlərimiz tərəfindən aşkarlanıb.

Qeyd edək ki, aparılan arxeoloji tədqiqatlarla bağlı bir sıra kitablar nəşr edilib, həmçinin Naxçıvanın abidələri ilə bağlı saytlar yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.