Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 37-ci cildi çapdan çıxıb
17.04.2017 09:00
  • A-
  • A
  • A+

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 37-ci cildi çapdan çıxıb

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 37-ci cildi çapdan çıxıb.

“Azərnəşr” nəşriyyatı tərəfindən çap olunan kitabın buraxılışına məsul şəxs Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Nəşrdə Prezident İlham Əliyevin 2009-cu ilin iyulundan sentyabrınadək Böyük Britaniya, Rumıniya, Rusiya və Qazaxıstana səfərləri, mətbuat bəyanatları, imzalanan sənədlər əksini tapıb.

Bundan əlavə, ölkə başçısının respublikamıza səfər etmiş Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, İsveç, Çexiya, Almaniya, Türkiyə, Belarus və digər dövlətlərin, ATƏT, Avropa İttifaqı, TÜRKSOY təşkilatlarının, xarici şirkətlərin yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar, habelə dövlət başçısının məktubları daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: